BAYRAQDAR MEDİA Prezidentin mətbuat xidmətinin məlumatını təqdim edir:
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts arasında telefon danışığı olub.
Telefon söhbəti zamanı Yaxın Şərqdə davam edən gərginlikdən narahatlıq ifadə olunub, onun Güney Qafqaz regionuna mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb.
Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesini alqışlayıb, bunun regional sabitlik üçün əhəmiyyətini qeyd edib.
Azərbaycan Prezidenti və Almaniya Kansleri ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin ölkəmizlə Avropa Birliyi arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.






İlk şərhi yaza bilərsiniz