Press "Enter" to skip to content

Sosial islahatlar davam edir

Yaşa görə orta aylıq pensiyada nın orta aylıq əməkhaqqına nisbəti 57,2 faizə çatıb

BAYRAQDAR MEDİA – 2018-ci ildən ötən dövrdə icra olunan 5 sosial islahat paketinin bir istiqaməti olaraq pensiyalarda davamlı artımlara nail olunması orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinin (əvəzetmə əmsalı) qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılmasında mühüm irəliləyişə imkan verib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumata görə, 2026-cı ilin 1 mart tarixinə Azərbaycanda orta aylıq əməkhaqqı 1103,8 manat, orta aylıq pensiya 593 manat, yaşa görə orta aylıq pensiya 632 manat təşkil etməklə, qeyd edilən nisbət 2018-ci ilə nisbətən orta aylıq pensiya üzrə 40,7 faizdən 54 faizə, yaşa görə orta aylıq pensiya üzrə 45,8 faizdən 57,2 faizə çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.