Press "Enter" to skip to content

Tamaşa bu dəfə pulsuz təqdim ediləck

Eskişehir

BAYRAQDAR MEDİA – 27 mart – Dünya Teatr Günü hər il teatrın cəmiyyətə təsirini vurğulamaq və səhnə sənətlərinə diqqət çəkmək məqsədilə dünya üzrə qeyd olunur. Bu münasibətlə Eskişehirdə də xüsusi tədbir keçiriləcək. Eskişehir Böyükşəhər Bələdiyyəsinin Şəhər Teatrları sənətsevərlər üçün sürpriz hazırlayıb.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumatda deyilir ki, şəhərin ən sevilən tamaşalarından biri olan “Lüküs Hayat” bu dəfə tamaşaçılara pulsuz təqdim ediləcək: “Martın 27-də keçiriləcək bu xüsusi nümayişə böyük maraq gözlənilir. Tamaşaya biletləri Turgut Özakman Səhnəsi və Haller Gənclik Mərkəzi Tepebaşı Səhnəsinin kassalarından, həmçinin internet üzərindən əldə etmək mümkün olacaq. Şəhər Teatrları Dünya Teatr Günü münasibətilə bütün teatrsevərləri bu xüsusi tamaşaya dəvət edib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.