BAYRAQDAR MEDİA – Martın 20-də Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışına başlanılacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.
Xəbərdə deyilir ki, “toplanışda Azərbaycan millisi ilə yanaşı, Gürcüstan və Rumıniya yığmaları da hazırlıq keçəcək. Bakı Boks Mərkəzində təşkil olunacaq toplanışa 60-dək boksçu qatılacaq. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Gürcülər tam heyətlə məşqlərə 1 gün sonra qoşulacaqlar”.
Məşqlər Bakıda təşkil olunacaq Böyük İpək Yolu beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, Böyük İpək Yolu yarışı aprelin 2-7-də baş tutacaq.






İlk şərhi yaza bilərsiniz