Press "Enter" to skip to content

Gənc tennisçilər bir araya gəlib

Xatirə fotosu

Son yeniləmə: 18 Mart 2026

BAYRAQDAR MEDİA – Türkiyə Tennis Federasiyasının təşkil etdiyi “14 Yaş Qış Kuboku Türkiyə Seriyası – Kateqoriya 2” turniri Adanada uğurla başa çatıb. Yarış Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetinin kampusunda yerləşən InorOut Tennis Adana mərkəzində keçirilib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, turnirdə Türkiyənin müxtəlif şəhərlərindən gələn gənc idmançılar 14 yaş kateqoriyasında çempionluq uğrunda mübarizə aparıblar. Bir həftə davam edən yarışlarda yüksək idman ruhu və gərgin qarşılaşmalar izlənilib.

Final mərhələsindən sonra keçirilən mükafatlandırma mərasimində universitetin rektoru Prof. Dr. Adnan Sözen qalib idmançılara kuboklarını təqdim edib. Turnirin təşkilatçıları bütün iştirakçıları göstərdikləri intizam və idman ruhuna görə təbrik ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.