Press "Enter" to skip to content

Dövlət Xor Kapellasının yubileyinə həsr olunmuş konsert

Dövlət Xor Kapellasının yubileyinə həsr olunmuş konsert

BAYRAQDAR MEDİA – 20 apreldə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xor Kapellasının yaranmasının 60 illiyinə həsr olunmuş möhtəşəm yubiley konserti keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Filarmoniyanın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “gecədə kollektivə baş xormeyster Xalq artisti Gülbacı İmanova rəhbərlik edib. Konsert proqramı dünya və Azərbaycan musiqi incilərini əhatə edən zəngin repertuarı ilə seçilib. Axşam A.Vivaldi-nin “Gloria” əsəri ilə açılıb və O.Lasso, A.Varlamov, C.Saint-Saens, İ.Dunayevski, Q.Qarayev, A.Əlizadə, Q.Məmmədov kimi bəstəkarların əsərləri səsləndirilib. Bununla yanaşı, Azərbaycan xalq musiqisi nümunələri və klassik opera parçaları – G.Handel, C.Rossini, G.Verdi, kimi dahi bəstəkarların əsərlərindən seçmələr musiqisevərlərə təqdim olunub”.

Daha sonra xəbərdə, “konsertdə solistlər – xalq artistləri Samir Cəfərov (tenor), Gülnaz İsmayılova (soprano), Anastasiya Pavelko (soprano), Əməkdar artistlər Tural Ağasıyev (tenor), Zenfira İsmayılova (soprano), Anar Şuşalı (tenor), Səbinə Əsədova (mezzo soprano) və Nigar Əsgərova (soprano), Əliəhməd İbrahimov (tenor), Elnur Hüseynov (vokal), Fərid Əliyev (tenor), Anton Ferştandt (bariton), Nina Makarova (mezzo soprano), Səidə Şərifəliyeva (soprano), həmçinin instrumental ifaçılar Əməkdar artist Sahib Paşazadə (tar) və Fariz Hüseynov (kamança), Emin Cəbrayılov (nağara) çıxış edib. Musiqiçiləri konsertmeysterlər Svetlana Əhmədova, Səidə Tağızadə, Yekaterina Savvateyeva, Vəfa Əzizova, Nərmin RzayevaTofiq Şıxıyev müşayiət edib.

Finalda Üzeyir Hacıbəylinin “Ey Vətən” əsəri səsləndirilib və yubiley konserti alqışlarla başa çatıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.