Press "Enter" to skip to content

İncəsənət məktəb və mərkəzlərində mərkəzləşdirilmiş buraxılış imtahanları

İncəsənət məktəb və mərkəzlərində mərkəzləşdirilmiş buraxılış imtahanları

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsinə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “imtahan prosesi 8 iyun tarixindən Bakı şəhərində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində başlayıb. İyunun 10-dan etibarən isə mərkəzləşdirilmiş buraxılış imtahanları ölkə üzrə Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən bütün müvafiq təhsil müəssisələrini əhatə edəcək. Cari tədris ili üzrə imtahanlarda 8 minə yaxın şagirdin iştirakı nəzərdə tutulur. İmtahanların keçirilməsində əsas məqsəd şagirdlərin təhsil müddətində əldə etdikləri nəzəri biliklərin, praktiki bacarıqların və yaradıcılıq potensialının obyektiv qiymətləndirilməsi, eləcə də tədrisin keyfiyyətinin vahid yanaşma əsasında ölçülməsidir”.

Sonra xəbərdə, “imtahanlar müvafiq ixtisaslar üzrə təsdiq edilmiş proqramlara uyğun təşkil olunur. Prosesin şəffaf, obyektiv və sistemli şəkildə aparılması üçün zəruri təşkilati və metodiki tədbirlər görülüb. İlk dəfə tətbiq edilən bu yanaşma incəsənət təhsili sahəsində qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, buraxılış prosesində vahid standartların formalaşdırılması və təhsilalanların nəticələrinin daha dəqiq müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq bu ildən ilk dəfə məzunlara elektron şəhadətnamələrin verilməsi nəzərdə tutulur. Bu yenilik sənədləşmə prosesinin daha çevik, şəffaf və müasir tələblərə uyğun təşkilinə imkan yaradacaq. İmtahanların yekunlarına əsasən şagirdlərin təhsil müddətində qazandıqları nəticələr müəyyən ediləcək və müvafiq sənədləşmə aparılacaq” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.