Press "Enter" to skip to content

Musiqili Teatr 116-cı mövsümünü konsert proqramı ilə yekunlaşdıracaq

Musiqili Teatr 116-cı mövsümünü konsert proqramı ilə yekunlaşdıracaq

BAYRAQDAR MEDİA – İyulun 18-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 116-cı teatr mövsümünün bağlanışı münasibəti ilə “Operetta inciləri” adlı konsert proqramı təqdim olunacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “konsertdə Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Fikrət Əmirov, Süleyman Ələsgərov, Ramiz Mustafayev, Rauf Hacıyev, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Oqtay Kazımi Sərdar Fərəcovun, eləcə də xarici ölkə bəstəkarları Rixard Ştraus, Frans Leqar, İmre Kalman, Alice DonaRikardo Koçantenin məşhur əsərlərindən seçilmiş ariya və duetlər səsləndiriləcək. Dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin rəhbərlik etdiyi teatrın simfonik orkestrinin müşayiəti ilə keçirilən konsertdə Əməkdar artistlər Nadir Xasiyev, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Prezident mükafatçısı Ülviyyə Əliyeva, Firus Məmmədov, Mehriban Zaliyeva, Şaban Cəfərov, Eleonora Mustafayeva, Səmədzadə Xasiyev, Aydan Həsənova, Emin Zeynallı, Nərmin Əliyeva, Gültac Əlili, Əli Kərimov, Olqa Giorgiyeva, İlahə RüstəmovaOrxan Hüseynli, eləcə də xor artistləri çıxış edəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.