Press "Enter" to skip to content

Musiqili Teatr 116-cı mövsümünü konsert proqramı ilə yekunlaşdırıb

Musiqili Teatr 116-cı mövsümünü konsert proqramı ilə yekunlaşdırıb

BAYRAQDAR MEDİA – İyulun 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 116-cı teatr mövsümünün bağlanışı münasibəti il təqdim olunan “Operetta inciləri” adlı konsert proqramı alqışlarla qarşılanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “konsertdə Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Fikrət Əmirov, Süleyman Ələsgərov, Ramiz Mustafayev, Rauf Hacıyev, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Oqtay KazımiSərdar Fərəcovun, eləcə də xarici ölkə bəstəkarları İohann Ştraus, Frans Leqar, İmre Kalman, Alice DonaRikardo Koçantenin məşhur əsərlərindən seçilmiş ariya və duetlər səsləndirilib. Dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin rəhbərlik etdiyi teatrın simfonik orkestrinin müşayiəti ilə keçirilən konsertdə Əməkdar artistlər Nadir Xasiyev, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Prezident mükafatçısı Ülviyyə Əliyeva, Firus Məmmədov, Mehriban Zaliyeva, Şaban Cəfərov, Eleonora Mustafayeva, Səmədzadə Xasiyev, Emin Zeynallı, Nərmin Əliyeva, Gültac Əlili, Əli Kərimov, Olqa Giorgiyeva, İlahə RüstəmovaOrxan Hüseynli, solo tar ifaçısı Əməkdar artist Elxan Mansurov, eləcə də xor artistləri çıxış ediblər”.

Bağlanış mərasiminin quruluşçu rejissoru Cavid İmamverdiyev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Sevinc Məmmədovadır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.