Press "Enter" to skip to content

Filmin çəkilişləri başa çatıb

Film heyəti

BAYRAQDAR MEDİA – Iğdırın Erhacı və Karakuyu kəndlərində çəkilən “Ağrı Dağının kölgəsində” adlı filmin çəkilişləri başa çatıb. Filmin rejissoru, ssenaristi və prodüseri olmaqla yanaşı, baş rolunu da Murat İsmailoğulları canlandırıb.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Bildirilib ki, ekran əsərində Iğdırın təbii gözəllikləri və Ağrı dağının möhtəşəm mənzərələri ön plana çıxarılıb: “Filmin süjeti iki ailə arasında keçmişdən günümüzə qədər uzanan sirli hadisədən bəhs edir. Ailələrdən birinin keçmişdə ölümünün səbəbi böyüklər tərəfindən gizlədilir və uşaqlar bu sirri üzə çıxarmağa çalışırlar”.

Filmdə Dilanur Ertaş, Şevki Özcan, Besra Şimşek, Davut İgeç, Emir Zengin və digər aktyorlar rol alıblar. Ağrı dağının görüntüləri filmə xüsusi vizual dərinlik qazandırıb. Filmin kinoteatrlarda nümayiş və yayım tarixi hələ müəyyənləşdirilməyib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.