Ağdam səfərimiz haqqında hesabat-yazı Azər HƏSRƏT, @azerhasret Martın 13-də Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə bir qrup ictimai fəal və jurnalistin Ağdama səfəri bu gün…
Posts published by “Azər Həsrət - Əməkdar jurnalist”
BAYRAQDAR MEDİA-nın qurucusu və baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Azər Həsrət (Həsrət Azər Hacıqulu oğlu) 03 avqust 1968-ci ildə Xaçmazın Dədəli kəndində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1995-ci ildən jurnalistika ilə məşğuldur. Hazırda Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və xarici əlaqələr komissiyasının sədridir. Eyni zamanda İctimai Televiziya və Radio Yayımları Şirkəti İctimai Yayım Şurasının üzvüdür (2017-2023). Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutunun üzvüdür. 1999-cu ildə Kanadada yerləşən İnsan Haqları Məktəbində təhsil alıb. Azərbaycan dili ilə yanaşı türk, ingilis və rus dillərində də yazır və danışır. Əsasən beynəlxalq münasibətlər, insan haqları, ifadə azadlığı və siyasi məsələlər üzrə ixtisaslaşıb.