Press "Enter" to skip to content

Büdcəyə daxiolmalar üzrə proqnoz 121 faiz yerinə yetirilib

Bayraqdar.info – Bu haqda xəbəri özünün Tvitter hesabında İqtisadiyyat naziri Mikayıl Cabbarov yayıb. Onun verdiyi bilgiyə görə, 2021-ci ilin ilk üç ayı ərzində dövlət büdcəsinə vergi daxilolmaları 2 milyard 85 milyon 730 min manat təşkil edib. Bu isə o deməkdir ki, proqnoza 121,1 faiz əməl edilib.

Nazirin yaydığı bilgiyə görə, ilin ilk rübündə büdcəyə əlavə daxilmalar 363 milyon 800 min manatdan artıq olub. Bu məbləğin 211 milyon 100 mini qeyri-neft sektorunun payına düşür.

Qeyd edək ki, işğaldan azad edilmiş torpaqların yenidən qurulmasının böyük məbləğdə əlavə vəsait tələb etdiyi bir vaxtda bu rəqəmlər çox ciddi imkanlara səbəb ola bilər.

Mission News Theme by Compete Themes.