Press "Enter" to skip to content

Sumqayıtda “Bayraqdar” Milli intellektual oyunu keçirilib

Bayraqdar.info – İyulun 22-də Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Sumqayıt Regional “ASAN xidmət” Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Bayraqdar” Milli intellektual oyunu keçirilib.

Oyun mövcud pandemiya qaydalarına uyğun olaraq 44 günlük Vətən müharibəsinə həsr olunub.

Gənclər və İdman Nazirliyindən iyulun 23-də bayraqdar.info-ya verilən məlumatda deyilir ki, intellektual oyunun keçirilməsində məqsəd 44 günlük şanlı Vətən müharibəsi zamanı Vətən uğrunda canından keçmiş şəhidlərimizin unudulmaması, vətənpərvərlik hisslərinin yüksəldilməsidr.

Həmçinin, oyunun məqsədi gənclərin intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, eləcə də, asudə vaxtlarının səmərəli təşkili və dünyagörüşünün artırılmasıdır. Yarışda şəhərin müxtəlif sahələrini təmsil edən gənclər təşkilatlarından ibarət 5 komanda iştirak edib.

Gərgin və maraqlı keçən yarışmanın sonunda I yeri Sumqayıt regional “ASAN xidmət” mərkəzinin, II yeri Sumqayıt Könüllü Cəmiyyətinin, III yeri isə Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının komandaları tutub.

Qalib komandalar Baş İdarənin, Sumqayıt Gənclərinin İnkişaf və Karyera Mərkəzinin kubok, sertifikat və medalları ilə təltif edilib.

Mission News Theme by Compete Themes.