Press "Enter" to skip to content

“Çərşənbə söhbətləri”ndə emosional zəkadan bəhs edilib

Son yeniləmə: 16 Dekabr 2021 14:40

Bayraqdar.info – Eskişehir Azərbaycanlıları Dərnəyinin ənənəvi keçirdiyi “Çərşənbə söhbətləri”nin bu dəfəki mövzusu da maraqlan qarşılanıb.

Dərnəkdən bayraqdar.info-ya verilən məlumata görə, “Çərşənbə söhbətləri”nin növbəti qonağı Hasan Ayvalı “Emosional zəka” mövzusunda təqdimat edib.

Təqdimatda insan emosiyalarının səbəbləri izah edilib. Təqdimat zamanı insanda iki əsas duyğunun olduğu deyilib. Bunların yaşamaq instinkti və çoxalma hissi olduğu vurğulanıb.

H.Ayvalı çıxışı zamanı bildirib ki, emosiyalar insanları idarə edir, lakin zaman keçdikcə insanlar emosiyaları idarə edirlər: “Əslində, bütün duyğuların əsası insanın özünü, yəni öz duyğularını dərk etmək, başqalarının hissləri ilə empatiya qurmaq, öz duyğularını həyatını zənginləşdirəcək şəkildə tənzimləmək səlahiyyətinə malik olmasından irəli gəlir”.

Bildirilib ki, istənilən halda insan öz emosiyalarını müsbət istiqamətdə dəyişməyə çalışmalı və hər zaman özünü müsbət yöndə motivasiya etməlidir.

Çıxışın sonunda bu dəyərli sunum üçün Dərnək sədri Cavid Aydın H.Ayvalıya təşəkkürnamə təqdim edib.

Mission News Theme by Compete Themes.