Bayraqdar.info – Bu il Yaponiyanın Kobe şəhərində keçirilməsi planlaşdırılan para-atletika üzrə dünya çempionatı ləğv edilib.
Beynəlxalq Paralimpiya Komitəsi (IPC) bu barədə milli paralimpiya komitələrinə məlumat verib. Yarışın Təşkilat Komitəsi və IPC mundialın 2024-cü ildə təşkilini nəzərdən keçirir.
Azərbaycan Milli Paralimpiya Komitəsindən qeyd edilir ki, dünya çempionatı 26 avqust – 4 sentyabrda gerçəkləşməli idi.