Press "Enter" to skip to content

“Qəbələ” İdman Klubu 2022-ci ili uğurla başladı

Qəbələ idmançıları

Bayraqdar.info – Qəbələli idmançılar 2022-ci ilə uğurla başlayaraq, idmanın müxtəlif növləri üzrə keçirilən ilk respublika birinciliklərində yüksək nəticələr əldə ediblər.

Gənclər və İdman Nazirliyindən bayraqdar.info-ya bildirilib ki, “Qəbələ” İdman Klubunun yetirməsi Tamerlan Cabbarov cüdo idman növü üzrə 13-16 yanvarda Bakı şəhərində keçirilmiş yeniyetmələr arasında Azərbaycan birinciliyində qızıl medal qazanaraq çempion olub. Bundan əlavə, qəbələli idmançılar Qismət Məmmədzadə, İbrahim İsayev və Murad Bəşirov sambo idman növü üzrə 14-16 yanvarda keçirilmiş yeniyetmələr, gənclər və kişilər arasında ölkə birinciliyi və çempionatında fəxri kürsünün 3-cü pilləsinə qalxaraq bürünc medal əldə ediblər.

Mission News Theme by Compete Themes.