Press "Enter" to skip to content

Görkəmli arxeoloq alim İdeal Nərimanovun 95 illik yubileyi

İdeal Nərimoanov - 95

Son yeniləmə: 12 Fevral 2022 16:26

Bayraqdar.info – AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə mərhum alim İdeal Nərimanovun 95 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib.

Bu barədə fevralın 12-də bayraqdar.info-ya İnstitutdan bildirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva bildirib ki, İdeal Nərimanov dünyaşöhrətli qafqazşünas alim Y.İ.Krupnovun rəhbərliyi ilə “Gəncəçay rayonunun arxeoloji abidələri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. Qeyd edib ki, böyük alim və cəfakeş insan İdeal Nərimanov R.M.Munçayevlə birlikdə Şimali Mesopotamiyanın Sincər vadisində Yarımtəpə qədim yaşayış yerində geniş qazıntı işləri aparıb, Xələf və Übeyd mədəniyyətinə mənsub abidələri öyrənib.

“Konfransda İnstitutun baş direktoru professor Abbas Seyidov “Mənəvi ömrün çalarları: görkəmli tarixçi-arxeoloq İdeal Nərimanovun həyatı və fəaliyyəti haqqında” mövzusunda məruzə edib. Məruzəçi AMEA-nın müxbir üzvü İdeal Nərimanovun 95 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın əhəmiyyətindən danışıb və məruzələrin kitab şəklində çap ediləcəyini söyləyib.

“Plenar iclasda institutun şöbə müdiri professor Hidayət Cəfərovun “Əməlləri də adı kimi İdeal olan alim haqqında”, tarix üzrə fəlsəfə doktoru Vəfa Mahmudovanın “Nərimanovun elmi fəaliyyəti tanınmış tədqiqatçıların gözü ilə xatirələrdə” mövzularında məruzələri və professor Əsədulla Cəfərovun alimin yaradıcılığı haqqında fikirləri dinlənilib. Plenar iclasdan sonra çıxışlar seksiyalar üzrə davam etdirilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.