Press "Enter" to skip to content

Geologiya və geofizika üzrə ümumrespublika olimpiadası

Olimpiada

Son yeniləmə: 19 Fevral 2022 11:38

Bayraqdar.info – AMEA-nın Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə tələbələr üçün geologiya və geofizika üzrə “Gələcəyə addım – II” adlı ümumrespublika olimpiadası keçiriləcək.

Bu barədə bayraqdar.info-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, final mərhələsi bu il mart ayının 15-də keçiriləcək müsabiqənin məqsədi ölkənin ali və orta ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantlarının bilik səviyyəsini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırımaqdan ibarətdir.

Mükafat fondu:

I yer – 800 AZN

II yer – 600 AZN

III yer – 400 AZN

Müsabiqənin nəticəsindən asılı olaraq ayrılan fond çərçivəsində həvəsləndirici (250 AZN) mükafatlar da nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.