Press "Enter" to skip to content

Avstriya Elmlər Akademiyasından MEK-ə yeni nəşr

Kitab

Son yeniləmə: 28 Fevral 2022 15:26

Bayraqdar.info – AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Avstriya Elmlər Akademiyasından “Orta əsrlərdə və müasir dövrdə Mərkəzi Asiya. Cəmiyyət. Mədəniyyət. Mənbələr)” adlı yeni kitab təqdim olunub.

Bu barədə MEK-dən bayraqdar.info-ya xəbər daxil olub. Xəbərdə bildirilib ki, kitab Özbəkistan, Rusiya, Qazaxıstan, Tacikistan, ABŞ, Fransa, Avstriya, Almaniya tədqiqatçılarının birgə işinin nəticəsidir. Kitabda müəlliflər tarixşünaslığın problemləri ilə bağlı fikirlərini bildirir, həmçinin regionun tarixinə və xalqının mədəniyyət tarixinə yeni aspektlərdən yanaşırlar.

Qeyd olunub ki, oxucular Kitabxanaya yeni daxil olan bu və digər nəşrlərlə MEK-in sərgi salonunda tanış ola bilərlər.

Mission News Theme by Compete Themes.