Press "Enter" to skip to content

TÜRKSOY Baş katibi Türk Akademiyasını ziyarət edib

Son yeniləmə: 28 Fevral 2022 17:57

Bayraqdar.info – Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Qazaxıstanda səfərdə olan TÜRKSOY Baş katibi Düsen Kaseynovu təşkilatın yeni iqamətgahında qəbul edib. Görüşdə Akademiyanın vitse-prezidenti Füzuli Məcidli və əməkdaşlar da iştirak edib.

Bayraqdar.info-ya akademiyadan verilən verilən məlumatda qeyd edilir ki, yüksək səviyyəli qonaq öncə Türk Muzeyi və Kitabxanası, həmçinin Akademiyanın inzibati ofisi ilə tanış olub. İkitərəfli görüşdə hər iki təşkilatın gündəliyində duran mühüm layihələr müzakirə edilib, birgə fəaliyyətlə bağlı müzakirələr aparılıb.

Akademiya prezidenti TÜRKSOY-a rəhbərlik etdiyi müddətdə D.Kaseynovun məhsuldar fəaliyyət ortaya qoyduğunu, Türk dünyasında mədəni əlaqələrin dərinləşdirilməsi və inkişafı üçün əhəmiyyətli layihələrə imza atdığını vurğulayıb.

Öz növbəsində, Baş katib D.Kaseynov Beynəlxalq Türk Akademiyasının yeni bina ilə təmin olunması münasibətilə təbriklərini çatdırıb, qurumun fəaliyyətini yaxından izlədiyini, onun təhsil, elm və humanitar sahədə fəaliyyətinin əvəzsiz olduğunu deyib.

Görüşdə Ə.Baytursunlı və M.Auezovun yubileylərinin yüksək səviyyədə təşkili üçün birgə layihələrin həyata keçirilməsi, digər istiqamətlərdə də ortaq proyektlərin inkişaf etdirilməsi qərara alınıb.

D.Kaseynov Nizami Gəncəvi və Əlişir Nəvayi ili çərçivəsində məhsuldar fəaliyyətinə, Türk dünyasında ədəbi-mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Türk Akademiyasının “Əlişir Nəvayi qızıl medalı” ilə təltif olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sonda qonağa Akademiyanın qiymətli nəşrləri hədiyyə edilib.

Mission News Theme by Compete Themes.