Press "Enter" to skip to content

Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları

Son yeniləmə: 6 May 2022 11:33

Bayraqdar.info – Mayın 5-də Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib. İclaslarda gündəlik məsələ siniflər üzrə dərsliklər əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsi olub. “Qiymətləndirmə kitabçaları” dərsliklərlə müqayisəli təhlil edilib. Dəyişikliklər nəzərə alınıb.

Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb. Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

Xəbər bayraqdar.info-ya DİM-dən daxil olub.

Mission News Theme by Compete Themes.