Press "Enter" to skip to content

Diaspor fəalından gündəmi silkələyəcək təklif

Zaur Bayramlı

Son yeniləmə: 2 İyun 2022 20:39

Zaur Bayramlı: Güney Azərbaycandan olan tələbələrin təhsilinə dövlət tərəfindən dəstək göstərilsin

Bayraqdar.info – “Azərbaycandan kənarda olan fəaliyyətlər zamanı, xüsusilə də diaspor fəaliyyətlərində Güney Azərbaycanlılar faktoru mütləq nəzərə alınmalı, çox ciddi şəkildə dəyərləndirilməlidir. Çünki hazırda xarici ölkələrdə yaşayan və Güney Azərbaycandan olan soydaşlarımızın çoxu 1979-cu il ildə İrandakı inqilabdan sonra həmin ölkələrə gediblər. Bu da 40 ildən çox müddət deməkdir. Həm onların sayı çoxdur, həm də təcrübələri daha çoxdur”.

Almaniya Rektorlar Konfransından Güneyli alimə dəstək

Bunu Birləşmiş Ştatlarda yaşayan soydaşımız, ictimai-siyasi fəal Zaur Bayramlı deyib. Qeyd edək ki, hazırda vətəndə olan Zaur bəy bayraqdar.info-ya özəl müsahibə verib. Yaxın günlərdə həmin müsahibəni oxucularımıza təqdim edəcəyik.

BMT də Güneyli alimlə bağlı həyəcan təbili çaldı

Lakin onun müsahibəsi zamanı Güney Azərbaycanla bağlı səsləndirdiyi fikir və təkliflərin üzərində xüsusi olaraq dayanmaq qərarına gəldik.

Güneyli soydaşlarımızın haqlı gileyi

Beləliklə, hazırda xarici ölkələrdə, o cümlədən Birləşmiş Ştatlarda azərbaycanlıların diaspor fəaliyyətindən söz açan Z.Bayramlı güneyli soydaşlarımızın haqlı gileyini də diqqətə çatdırıb: “Güney Azərbaycandan olan soydaşlarımız dost, qardaş gileyi olaraq deyirlər ki, biz Quzey-Güney ayrımı etmədən bütün fəaliyyətlərdə varıq. Azərbaycanla bağlı bütün işlərdə ön sıralarda gedirik. Amma Vaşinqtonda Güneylə bağlı bir tədbir olanda oradakı Quzey azərbaycanlılar adekvat reakisya göstərmirlər. Düzdür, Vaşinqtonda İran səfirliyi yoxdur. Amma Pakistan səfirliyinin içərisində onların bir dəftərxanası – ofisi var. Güneylilər onun qarşısında dəfələrlə etiraz aksiyaları keçirib. Lakin təəssüf ki, o aksiyalara çox az sayda Quzeyli soydaşımız qatılır. Bu da Güneyli qardaşlarımızı haqlı olaraq incidir. Biz bu məsələlərdə Güneyli qardaşlarımızı tək qoymamalıyıq”.

Fars-molla rejimi Güney Azərbaycana olmazın təzyiqlər edir

Z.Bayramlı onu da deyib ki, Güney Azərbaycan bu gün dünyanın ən anormal rejiminin işğalı, hakimiyyəti altındadır: “Fars-molla rejimi Güney Azərbaycana olmazın təzyiqlər edir. Bəzən deyirlər ki, İran molla hakimiyyətində, siyasi və hərbi idarəçilikdə azərbaycanlılar da var. Amma onu deyənlər anlamırlar ki, orada üç-beş azərbaycanlının vəzifədə olması rejimin mahiyyətini dəyişmir. Rejim farsçılığa xidmət edən bir rejimdir. Azərbaycanlıların orada heç bir mədəni hüquqları yoxdur”.

Berlində Güney Azərbaycanlı alimlə bağlı etiraz

Müsahibimiz qeyd edib ki, İrandakı bir ovuc erməninin orada universitet səviyyəsində fakültələri var: “Ancaq 35-40 milyon azərbaycanlının və digər türklərin heç bir milli-mədəni hüquqları yoxdur. Öz dillərində ibtidai məktəbləri də yoxdur. 24 apreldə qondarma “erməni soyqırımı” günündə ermənilər dünyada ən kütləvi və rahat mitinqlərini keçirdikləri yerlərdən biri məhz İrandır. Fars-molla rejimi onlara həm maddi, həm də insan sayı baxımından dəstək verir”.

Ya ömürlük həbs, ya da edam

Z.Bayramlı bir yaralı məqama da diqqəti yönəldib: “Mənim çoxsaylı Güneyli dostlarım var ki, doğmaları vəfat etsə də yasa gedə bimirlər. Çünki getsələr ən yaxşı halda onları İranda ömürlük həbs, əksər hallarda isə hətta edam cəzası gözləyir. Bu yaxınlarda Güney Azərbaycandan olan iki yaxın dostumun atası rəhmətə getdi. Amma onlar öz doğmalarının cənazələrinə gedə bilmədilər. Çünki İrandakı fars-molla rejimi bütün ali qanunları tapdalayır. Yaxud, hazırda İsveç vətəndaşı olan, Sərab doğumlu, Güney Azərbaycandan olan soydaşımız Əhmədrza Cəlali bu gün İran rejimi tərəfindən edam cəzasına məhkum edilib. Bir neçə gün öncə Güney Azərbaycandan olan milli fəallar Azərbaycan Prezidenti İlham Əliyevə, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana və Türk Dövlətləri Təşkilatına müraciət ediblər. Müraciətdə bildirilir ki, bu adamın heç olmasa edamının qarşısı alınsın. Təsəvvür edin ki, İsveç vətəndaşı, alim, konfransda iştirak etmək üçün İrana gəlir və dərhal da onu tutub həbs edirlər, isgəncə verirlər. Ondan sonra da edam hökmü çıxarırlar. Yaxın bir ay ərzində edam hökmünü icra etmək niyyətindədirlər. Yəni xaricdəki Güney Azərbaycanlıların hər birini öz vətənlərinə dönməsi halında eyni təhlükə gözləyir”.

İranda bütün inqilabların mərkəzi Təbriz olub

Güney Azərbaycan təşkilatlarının yeni dönəmdə baş verə biləcək hadisələrə hazır olub-olmamasına gəlincə qeyd edilib ki, bu təşkilatlar arasındakı münasibətlər ürəkaçan deyil: “Güney Azərbaycan təşkilatlarının durumu çox da ürəkaçan deyil. Təsəvvür edin ki, xırda məsələdən ötrü enerjilərini daxili çəkişmələrə sərf edirlər. Düzdür, biz bacardıqca onlara dəstək olmağa, onları bir araya gətirməyə çalışırıq. Deyirik ki, sizin fars-molla rejimi kimi düşməniniz var. Ondan başqa İrandakı Batı Azərbaycanda kürd separatçılığı addım-addım irəliləyir. Onların ərazi iddiaları var və İran rejimi tərəfindən də dəstəklənirlər. Yəni yetərincə düşmənlərimiz var ikən Güney Azərbaycan təşkilatlarımız öz enerjilərini daxili qarşıdurmalara sərf etməməlidirlər”.

Bununla belə Z.Bayramlı hesab edir ki, daxildə bir dalğa baş verəcəyi halda həmin təşkilatlar bir araya gələ biləcəklər: “İranda bütün inqilabların mərkəzi Təbriz olub və yenə də olacaq. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi Güneydə milli oyanışı daha da gücləndirib. Bu qələbədən sonra Güney Azərbaycan məsələsi tamamilə başqa boyut qazanıb”.

Siyasi məhbusdan Güneyli alimin edam hökmünə etiraz

Yeri gəlmişkən, bizimlə söhbətində Z.Bayramlı Güney Azərbaycanla bağlı çağırış kimi təklif də səsləndirib: “Azərbaycanda ali təhsil alan Güney Azərbaycanlı tələbələr var ki, onlar təhsil haqlarını ödəyə bilmirlər. Çox maddi sıxıntılar içərisindədirlər. Hesab edirəm ki, Azərbaycan dövləti bu tələbələrə sahib çıxmalıdır. Lazım gələrsə Türkiyədəki türksoylularla bağlı qanuna oxşar bir qanun qəbul edib Güneyli soydaşlarımıza təhsil və mədəniyyət sahəsində dəstək verməliyik”.

2 Comments

Comments are closed.

Mission News Theme by Compete Themes.