Press "Enter" to skip to content

Quzey Makedoniya tarixinin mühüm mərhələlərindən birinə qədəm qoyub

Elvin Hasan

Son yeniləmə: 28 Mart 2024 12:53

Elvin Hasan: Bu seçkilərdə mübarizə Quzey Makedoniyanın AB üzü olmasını istəyənlərlə istəməyənlər arasında gedir

BAYRAQDAR MEDİA – Quzey Makedoniya tarixinin mühüm mərhələlərindən birinə qədəm qoyub. 2024-cü il aprelin 24-də ölkədə prezident seçkilərinin birinci turu keçiriləcək. Mayın 8-də isə həm prezident seçkilərinin ikinci turu, həm də parlament seçkiləri keçiriləcək”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Quzey Makedoniyanın sabiq naziri, hazırda informasiya və idarəetmə nazirinin müşaviri və bu ölkədəki Türk Hərəkat Partiyası (THP) Mərkəzi Yönətim Qurulunun üzvü olan Elvin Hasan deyib.

Bu seçkilərin nəticələri ölkənin gələcəyi üçün mühüm önəm kəsb edir

Onun sözlərinə görə, bu seçkilərin nəticələri ölkənin gələcəyi üçün mühüm önəm kəsb edir: “Məlumat üçün bildirim ki, Quzey Makedoniya uzun müddət qonşularımız, xüsusilə də AB üzvü olan Yunanıstanla çox ciddi problemlər yaşayıb. Bu probelmlərin aradan qaldırılması istiqamətində ən mühüm addım isə mövcud iqtidar tərəfindən atılıb. Məlumat üçün bildirim ki, mövcud iqtidarımız makedon partiyası olan Sosial-Demokratlar Birliyi ilə bizim Türk Hərəkat Partiyası uzun müddətli müttəfiqliyə malikdir. Hətta müxalifətdə olan dönəmdə belə partiyamızla koalisiyada olduğumuz digər partiyalar arasında əməkdaşlıq davam edib. Ölkənin gələcəyinə yönəlik məsələlərdə ortaq addımlar atılıb”.

Bunun üçün də xalq mövcud hökumətdə təmsil olunan partiyaların namizədlərinə səs veməlidir

Bəhs edilən problemə gəlincə, müsahibimiz “Biz hətta müxalifətdə olarkən mövcud siyasətin yanlış olduğunu və NATO-ya, AB-yə üzvlüyümüzün gecikdiyini dəfələrlə bəyan etmişik. Bu prosesdə əvvəllər öndə olsaq da, sonra yürüdülən yanlış siyasət nəticəsində xeyli geriyə düşdük” deyib.

Quzey Makedoniya növbəti siyasi proses ərəfəsində

E.Hasan bildirib ki, mövcud iqtidar 2016-cı ildə hakimiyyətə gələndən sonra Yunanıstanla problemlər həll edilib: “Bunun ardınca Quzey Makedoniya NATO üzvü oldu. Həmçinin AB-yə üzvlük müzakirələrini başlatdıq. Ancaq Bolqarıstanla bir problemimiz var və bu problemin də tez bir zaman da həll ediləcəyinə inanırıq. Buna görə də Quzey Makedoniya üçün bu seçimlər, xüsusilə də parlament seçkiləri həyati əhəmiyyət kəsb edir. Belə deyək ki, bu seçkilərdə mübarizə Quzey Makedoniyanın AB üzü olmasını istəyənlərlə istəməyənlər arasında gedir. İnanırıq ki, Bolqarıstanla da problem tamamilə öz həllini tapacaq və biz AB üzvü olacayıq. Bunun üçün də xalq mövcud hökumətə, mövcud hökumətdə təmsil olunan partiyaların namizədlərinə səs veməlidir. Müxalifət isə bu günə kimi Bolqarıstanla problemin həllinə mane olmaq üçün mövqe ortaya qoydu. Ona görə də deyirik ki, Quzey Makedoniyanın gələcəyi üçün bu seçkilər mühüm önəm kəsb edir”.

Hədəf minimum əmək haqqının 400-500 avroya qaldırılmasııdır

Müsahibimiz onu da qeyd edib ki, onların da təmsil olunduğu hökumət ötən müddət ərzində digər sahələrdə də önəmli dəyişikliklərə imza atlb: “Məsələn biz iqtidara gələn minimal əmək haqqı 140 avro idi. İndi isə bu 330 avro civarındadır. Bu da hökumətin xalqın rifah halnın yaxşllaşdırmaq üçün davamlı addımlar atdığının bariz nümunələrindən biridir. Hədəfimiz isə bu məbləğin 400-500 avroya qaldırılmasıdır. Bu inkişaf , ölkə olaraq Quzey Makedoniyanın nüfuzunun artmasına da müsbət təsir edir. Hazırda dünya qlobal böhranla baş- başadır. Belə durumda isə Quzey Makedoniyanın inkişaf etmiş ölkələrlə birlikdə olması, yəni AB üzvü olması xüsusilə önəmlidir”.

Mission News Theme by Compete Themes.