Press "Enter" to skip to content

Bu əməliyyatın çox böyük əhəmiyyəti var

Emin Həsənli

Son yeniləmə: 30 Mart 2023 11:46

Emin Həsənli: Bundan sonra da bu cür cinayətkar əməllərin qarşısı qətiyyətlə alınacaq

BAYRAQDAR MEDİA – “Azərbaycan Ordusunun həyata keçirdiyi bu əməliyyatın çox böyük əhəmiyyəti var. Ən böyük əhəmiyyəti ondan ibarətdir ki, bununla da ermənilərin Ermənistandan Qarabağa silah daşımasının qarşısı alınacaq”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Müdafiə Nazirliyindən könül açan yeni xəbər

Xatırladaq ki, Müdafiə Nazirliyi martın 30-da məlumat yayıb. Məlumatda “Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb” deyə bildirilib.

E.Həsənli qeyd edib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdəki erməni separatçılarına həmin torpaq yoldan silah-sursat gətirilirdi: “Bununla da Ermənistan bir daha beynəlxalq hüquq normalarına əməl etmədiyini nümyiş etdirdi. Ermənistan, ümumiyyətlə, 2020-ci ilin noyabrından bu günə kimi əldə edilən razılaşmalara və imzalanan sənədlərə əməl etmir, yenidən müharibə ritorikası nümayiş etdirirdi. Azərbaycan xoş niyyət olaraq, humanitar məqsədlə Ermənistanla Xankəndi arasında yaxşı yol çəkmişdi. Onlar isə bizim xoş niyyətimizə bəd əməlləri ilə cavab verərək, həmin yoldan silah-sursat daşımaq, həmçinin, sərvətlərimizi talan etmək üçün istifadə etdilər. Buna etiraz olaraq ekofəalların və QHT təmsilçilərinin başladıqları akisyadan sonra isə ermənilər öz əməllərini torpaq yol vasitəsilə də davam etdirdilər. Belə olan halda da Azərbaycan həmin əraziləri tam nəzarətə götürmək üçün əməliyyat keçirdi”.

Ekspert bildirib ki, bundan sonra da bu cür cinayətkar əməllərin qarşısı qətiyyətlə alınacaq: “Heç şübhəsiz Ermənistan rəhbərliyi və bölgədəki separatçılar ağıllarını başlarına yığmasalar ordumuz tərəfindən qısa müddətdə sülhəməcburetmə anititerror əməliyyatları da keçiriləcəkdir”.

Mission News Theme by Compete Themes.