Press "Enter" to skip to content

Xarici tədqiqatçılar MEK-də

Qonaqlarla xatirə şəkli

BAYRAQDAR MEDİA – Latviya və Qazaxıstandan olan tədqiqatçılar şərqşünaslıq, türkologiya üzrə aparıcı kitabxana olan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasını (MEK) elmi-tədqiqat işləri aparmaq üçün ziyarət ediblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 25-də sözügedən Kitabxanadan daxil olub.

Xəbərdə bildirilir ki, “MEK-in baş direktoru, Prof. Məmməd Əliyev qonaqları qarşılayaraq, kitabxana haqqında ümumi məlumat verib. Baş direktor qeyd edib ki, MEK xarici ölkələrin qurumları ilə uğurlu əməkdaşlıq fəaliyyəti həyata keçirir. Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəvəti ilə Bakıda səfərdə olan latviyalı professor, 5 dil bilən koreyaşünas alim Kaspars Klavins MEK-in Xarici dillərdə ədəbiyyat fondlarında Şərq dünyasında elm tarixinin öyrənilməsi üçün tədqiqat işi aparıb”.

Daha sonra xəbərdə deyilir ki, “Qazaxıstan Təhsil Nazirliyinin türkoloji araşdırmalar aparmaq üçün qrant qazanan işçi qrupu, Abay adına Qazax Milli Pedaqoji Universitetinin professoru Gülbanu Kosımova, araşdırmaçı alim Kuralay Telqocayeva, Qazaxıstan Dövlət Qızlar Pedaqoji Universitetindən tədqiqatçılar Nurgül Kalıyeva və Aliya Zadaxanova, T.Jurgenov adına Qazax Milli Sənət Akademiyasının fəlsəfə doktoru Akşay Calalova elmi-tədqiqat işləri aparmağa başlayıblar”.

MEK-in icraçı direktoru, Dos. Şəhla Tahirqızı, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü, əməkdaşlar Züriyə Qarayeva və Cavid Məmmədli tədqiqatçıları kitabxana ilə yaxından tanış edib, suallarını cavablandırb, elmi informasiya təminatına köməklik göstəriblər.

Görüş zamanı qonaqlara MEK tərəfindən simvolik hədiyyələr təqdim edilib, gələcək əməkdaşlıq perspektivləri haqqında müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.