BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında yer alan nəşrlərdən biri də tarix üzrə fəlsəfə doktoru Əsəd Qurbanlının “Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası tarixindən” (1947-1953-cü illər) monoqrafiyasıdır.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunmuş monoqrafiyada 1947-1953-cü illərdə Ermənistan SSR-dən, azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiyası tədqiq edilib, keçmiş SSRİ və Ermənistan rəhbərlərinin azərbaycanlıların başına gətirdiyi faciələr öz əksini tapıb. Monoqrafiyada deportasiyaya qədərki proseslər öyrənilib, azərbaycanlıların deportasiyası arxiv materialları əsasında geniş şərh edilib, eyni zamanda köçürülən əhalinin köçürmə siyasətinə qarşı etiraz formaları sənədlər əsasında açılıb göstərilib. Kitabda gətirilən faktlar Azərbaycan və erməni mənbələrinə istinad edilib, arxiv sənədlərinə dayanaraq yazılıb.
Qeyd edək ki, nəşr tarixçilər, tələbələr, doktorantlar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.