Press "Enter" to skip to content

“II Bilik Kitab Sərgisi” olacaq

II Bilik Kitab Sərgisi

BAYRAQDAR MEDİA – 8-10 sentyabr tarixlərində saat 10:00-20:00-da Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANA) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “II Bilik Kitab Sərgisi” keçiriləcək.

Bu haqda ANA-nın yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “sərgidə məktəbli ləvazimatları, kitablar, dəftərlər, qeyd dəftərçələri, test topluları, çantalar, bədii əsərlərin satışı, eləcə də 20-dən çox nəşriyyat və mağazaların endirimli məhsulları nümayiş olunacaq. Həmçinin yazıçılarla imza saatları, əyləncəli şou-proqramlar, şeir saatları, canlı musiqi kimi fəaliyyətlər təşkil olunacaq. Sərgidə eləcə də uşaqlar üçün endirimli master-klasslar, face-art kimi müxtəlif fəaliyyətlər də olacaq”.

Qeyd edək ki, sərgi Nizami rayonu, B.Nuriyev küçəsi, Heydər Bağı – Park Bulvarda (“Laçın” Ticarət Mərkəzi ilə üzbəüz, “Xalqlar dostluğu” m/s-nın yaxınlığı) keçiriləcək.

Mission News Theme by Compete Themes.