Press "Enter" to skip to content

Folklor İnstitutu II Beynəlxalq türkşünaslıq konqresində

Azərbaycandan olan heyət

BAYRAQDAR MEDİA – 29-31 oktyabr 2023-cü ildə qardaş Türkiyənin Çankırı şəhərində Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunmuş “Türk dünyasının ortaq mirası” mövzusunda II Beynəlxalq türkşünaslıq konqresi keçirilib. Konqres Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Türk Dil Qurumu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Çankırı Karatekin Universiteti, Hacettepe Universiteti, AMEA Folklor İnstitutu, Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universiteti və Qırğızıstan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

Xəbəri AMEA Folklor İnstitutu yayıb.

Xəbərdə bildirilir ki, “üz-üzə və onlayn formatda keçirilən konqresdə Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Rusiya Federasiyası başda olmaqla, ümumilikdə 14 ölkədən 130-dan artıq elm adamının məruzəsi dinlənilib, türkologiyanın müasir problemləri ilə bağlı geniş müzakirələr aparılıb”.

O da qeyd edilir ki, “II Beynəlxalq türkşünaslıq konqresində AMEA Folklor İnstitutu böyük heyətlə təmsil olunub. Məruzə üçün xüsusi dəvət alan AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov konqresin açılış toplantısında çıxış edərək bu kimi tədbirlərin türk xalqlarının elmi-mədəni əlaqələrinin genişlənməsində və onların mənəvi birliyinin qorunub saxlanılmasında əhəmiyyətindən söz açıb. Akademikin ““Dədə Qorqud” eposunda dəlisovluq motivi və qeyri-səlis məntiq” mövzusunda məruzəsi maraqla qarşılanıb”.

“Tədbirin açılış toplantısında akademik Muxtar İmanov Çankırı Karatekin Universitetinin rektoru, Prof. Dr. Harun Çiftçiyə və həmin universitetin Türkiyat İnstitutunun direktoru Prof. Dr. Abdulselam Arvasa xatirə hədiyyələri təqdim edib.” Xəbərdə bu da bildirilir.

Xəbərin sonunda əlavə edilir ki, “bölmə iclaslarında Folklor İnstitutunun əməkdaşları – icraçı direktor, fil.ü.f.d., dos. Afaq Ramazanova, elmi katib, fil.ü.f.d., dos. Elçin Abbasov, fil.e.d., prof. Ramazan Qafarlı, fil.e.d., prof. Seyfəddin Rzasoy, fil.e.d., prof. Əfzələddin Əsgərov, fil.e.d., dos. Mətanət Abbasova, fil.e.d., prof. Ramil Əliyev, fil.ü.f.d., dos. Aynur İbrahimova, fil.ü.f.d., dos. Fidan Qasımova, fil.ü.f.d., dos. Ləman Süleymanova, fil.ü.f.d., dos. Qalib Sayılov, fil.ü.f.d., dos. Vəfa İbrahim, fil.ü.f.d., dos. Məleykə Məmmədova, fil.ü.f.d. Qiymət Məhərrəmli, fil.ü.f.d., dos. İlhamə Qəsəbova, fil.ü.f.d., dos. Nigar Həsənova, fil.ü.f.d., dos. Ülkər Əliyeva, fil.ü.f.d. Şəhla Hüseynli, böyük elmi işçi Sürəyya Əlizadə və böyük laborant Sədaqət Qafarova türk xalqlarının ədəbi və mədəni irsinin araşdırılmasını əhatə edən müxtəlif mövzulu məruzələrlə çıxış ediblər”.

Mission News Theme by Compete Themes.