BAYRAQDAR MEDİA – Türkmənistanda ənənə halını alan və tədbirlərdə əsas mövzu kimi qəbul edilən hər ilin əvvəlində müəyyən edilən şüar açıqlanıb.
Bu barədə Kirim Haber Ajansı məlumat yayıb.
Məlumata əsasən, Türkmənistan 2024-cü ildə ölkədə keçiriləcək tədbirlərin “Hikmət ümmanı Məxtumquli Fəraqi” şüarı ilə keçirilməsinə qərar verib: “Qərar Türkmənistan Məclisi tərəfindən türk dünyasının böyük şairi və mütəfəkkiri Məxtumquli Fəraqinin anadan olmasının 300 illiyi şərəfinə qəbul edilib”.
Məlumatda deyilir ki, Prezident Serdar Berdimuhamedov qərarı təsdiqləyib: “Bu qərarla 2024-cü ildə Məxtumquli Fəraqinin hər bir tədbirdə anılması, onun ədəbi irsinin dünya miqyasında tanıdılması və elmi araşdırmaların artırılması hədəflənib”.