Press "Enter" to skip to content

“Scopus” bazasında ilk 5 institutun göstəriciləri

İlk beşlik

BAYRAQDAR MEDİA – Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) 2019-2023-cü illərdə “Scopus” elmmetrik bazasında indekslənən jurnallarda elmi işləri dərc olunan ilk 5 institutun göstəricilərini paylaşıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EATDA-dan daxil olub.

Xəbərdə deyilir ki, “ölkə üzrə ilk 5-liyə daxil olan institutlar Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Qrafikə əsasən son 5 il üzrə ən yüksək nəticə 549 elmi işlə Riyaziyyat və Mexanika İnstitutuna aiddir. 2023-cü ildə nəşr olunan elmi işlərin sayına görə isə İdarəetmə Sistemləri İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu və Fizika İnstitutu ilk üçlükdə təmsil olunur”.

Mission News Theme by Compete Themes.