Press "Enter" to skip to content

Azərbaycanın ilk qadın kimyaçısı

İzzət Orucova

Son yeniləmə: 9 Mart 2024 12:01

BAYRAQDAR MEDİA – Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Azərbaycanın elm tarixində ilk qadın kimyaçı alimi – İzzət Orucova haqqında məlumat paylaşıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Agentlikdən daxil olub.

Xəbərdə bildirilir ki, “akademik, texnika elmləri doktoru, Prof. İzzət Orucova neft sahəsinin görkəmli alimlərindən və Aşqarlar Kimyası İnstitutunun ilk yaradıcılarından biri olub. Onun elmi fəaliyyəti əsasən Bakı neftindən alınan yağların tədqiqi, emalı prosesi üçün verdiyi texnologiyalar, həmçinin müxtəlif mənşəli neftdən alınan yağlarda aşqarların tədqiqi, aşqarların fasiləsiz kompozisiyalarının yaradılması ilə bağlı olub”.

Alim həm də kinoda baş rola çəkilmiş ilk azərbaycanlı qadın olub. Onun iştirakı ilə Cəfər Cabbarlının “Sevil” və “Almaz” əsərlərinə filmlər çəkilib.

Mission News Theme by Compete Themes.