Press "Enter" to skip to content

Agentlik Elm Günü ilə bağlı videoçarx hazırlayıb

EATDA

BAYRAQDAR MEDİA – 27 Mart Azərbaycanda Elm Günüdür. Bu münasibətlə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) “Təhsil” TV-nin dəstəyi ilə hazırladığı videoçarx paylaşıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Agentlikdən daxil olub.

Xəbərdə bildirilir ki, “videoçarxda Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Həmayıl Adıgözəlzadə, Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Səbahəddin Alışov, Neft-Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Nərmin Dadaşova, Radiasiya Problemləri İnstitutunun böyük elmi işçisi, fizika üzrə elmlər doktoru, Prof. Elçin Hüseynov haqqında məlumat yer alıb. Həmçinin gənc alimlər çıxış edərək fəaliyyətləri, tədqiqat sahələri haqqında ətraflı məlumat veriblər”.

Qeyd edək ki, videoçarxın məqsədi Azərbaycanda, eləcə də xaricdə elmi-tədqiqatla məşğul olan Azərbaycan alimlərini ictimaiyyətə tanıtmaqdır.

Mission News Theme by Compete Themes.