Press "Enter" to skip to content

Yenə də BAYRAQDAR MEDİA fərqi

Yaxud biz vacib məsələlərə diqqət ayırırıq

BAYRAQDAR MEDİA – Ötən həftə qardaş Türkiyənin ali təhsil sistemi ilə bağlı yayılan bir xəbər bütün dünyanın diqqət mərkəzində oldu. Həmin xəbərdə deyilirdi ki, dünyanın 52 ölkəsində Türkiyənin ali təhsil müəssisələrinə vahid qəbul imtahanı keçiriləcək.

Türkiyədə ali təhsil sahəsində inqilabi addım

Bu barədə məlumat verən Türkiyə Yükseköğretim Kurulunun sədri (YÖK) Erol Özvar qeyd edib ki, test imtahanı üçün həmin gün xaricdə 78 imtahan mərkəzi açılacaq. YÖK rəhbərinin sözlərinə görə, xaricdə gənclərin əhatə olunmasını maksimal dərəcədə genişləndirmək üçün TR-YÖS imtahanı 6 dildə – türk, alman, ərəb, fransız, ingilis və rus dillərində təşkil ediləcək.

BAYRAQDAR MEDİA-nın xüsusi diqqət ayırdığı məsələlərdən biri də vahid imtahan idi

Onu da bildirək ki, BAYRAQDAR MEDİA olaraq bu xəbər bizi xüsusilə sevindirdi. Çünki fəaliyyətə başlayandan dərhal sonra BAYRAQDAR MEDİA-nın xüsusi diqqət ayırdığı və gündəmə gətirdiyi məsələlərdən biri də vahid imtahan idi.

Xatırlatma üçün bildirək ki, hər il çox sayda azərbaycanlı gənc ali təhsil almaq üçün universitetlərə üz tutur. Gənclərin bir qismi Azərbaycan universitetlərini seçsə də digər qismi xarici ölkələrin, xüsusilə də qardaş Türkiyənin təhsil ocaqlarında oxumaq üçün imtahan verir. Lakin COVID-19 pandemiyasının digər sahələrlə yanaşı təhsil sahəsində də yaratdığı əngəllər gənclərin Türkiyə universitetlərində təhsil almaq istəklərini də çətinləşdirmişdi. Çünki pandemiya səbəbindən Türkiyə universitetlərinin bir qismi xaricdən qəbul üçün onlayın imtahana qərar vermiş, digər bir qismi isə ümumiyyətlə nə onlayn imtahan keçirmək, nə də Azərbaycana üz-üzə imtahan üçün nümayəndə göndərmək istəməmişdi. Bu da təbii ki, Türkiyədə təhsil almaq istəyən gənclərin istəməsələr belə üçüncü ölkələrin universitetlərinə üz tutmasına səbəb olmuşdu.

Biz də elə həmin vaxt, 2021-ci ilin mayında həm bu problemi ictimailəşdirdik, həm də vəziyyətdən çıxış yolunu təklif etdik və bu təklifimizə münasibətlər öyrəndik.

Bizim təkilif etdiyimiz həll modeli

Bizim təkilif etdiyimiz həll modeli Azərbaycanda Türkiyənin bütün universitetlərinə imtahanın vahid mərkəzdən keçirilməsi ilə bağlı idi. Daha dəqiq desək, illər öncə Türkiyədə mövcud olmuş bu metodun yenidən tətbiqinin mümkünlüyünə dair həm Azərbaycanın, həm də Türkiyənin təhsil sahəsindəki dəyərli ziyalılarından fikirlər öyrəndik. Sevindirici haldır ki, bütün müsahiblərimiz bu təklifə müsbət yanaşdılar. Özü də təkcə müsbət yanaşmadılar. Eyni zamanda universitetlərin ayrı-ayrılıqda imtahan keçirmələrinin fəsadlarından danışdılar, həm də öz təkliflərini səsləndirdilər.

Bundan sonra isə elə 2021-ci ilin noyabrında YÖK xarici ölkə vətəndaşları üçün keçirilən və Yabancı Öğrenci Sınavı (YÖS) kimi tanınan imtahanın bundan sonra mərkəzləşdirilmiş qaydada və ildə bir dəfə keçirilməsinə dair qərar qəbul etdi. Həmin qərara əsasən imtahanın 2022-ci ildən ÖSYM (Öğrenci Seçim ve Yerleştirme Merkezi) tərəfindən keçiriləcəyi planlaşdırılsa da sonradan bu, müvəqqəti olaraq təxirə salındı.

Bu, həm vaxt itkisinə, həm də maddi itkiyə səbəb olurdu

Amma yuxarıda qeyd olunduğu kimi, artıq məsələ tamamilə öz həllini tapdı. Bu, həm də BAYRAQDAR MEDİA fərqini ortaya qoymuş oldu və bizim vacib, aktual məsələlərə diqqət ayırdığımızı bir daha təsdiq etdi.

Azərbaycan-Türkiyə vahid tələbə qəbulu sistemi qurulmalıdır

Vacib məsələ demişkən, onu da xüsusilə vurğulayaq ki, bu sistemin tətbiqi azərbaycanlı ailələrə həm maddi, həm mənəvi, həm də vaxt itiksinin qarşısının alınması baxımından önəmli dəstək olacaq. Çünki əks halda azərbaycanlı gənclər Türkiyə ali məktəblərində oxumaq hüququ qazanmaq üçün bir imtahan ilində 4-5, bəzən isə 7-8 imtahana girməli olurdular. Səbəb isə hər universitetin öz istəyinə uyğun imtahan keçirməsi idi. Təbii ki, bu, həm vaxt itkisinə, həm də maddi itkiyə (hər imtahan üçün aşağısı 40, yuxarısı 150 ABŞ dolları iştirak haqqı ödənməli idi) səbəb olurdu. Yeni sistemin tətbiqi isə bütün bu mənfi halları aradan qaldıracaq və indiki durumda ailələrin büdcəsindən əlavə itkiyə səbəb olmayacaq.

Müvafiq qurumlar bu cür məsələlərə yanaşmada həssaslıq nümayiş etdirməlidirlər

Təbii ki, bütün bunları yenidən ətraflı şəkildə xatırlatmağımız səbəbsiz deyil. Bununla BAYRAQDAR MEDİA olaraq istər türk dünyası, istərsə də Azərbaycanla bağlı həssas məsələləri diqqətdə saxladığımızı, həmçinin müvafiq problemləri diqqətə gətirərək həlli üçün təkilflərlə də çıxış etdiymizi bir daha cəmiyyətə çatdırmaq istədik.

Bayraqdar.info məsələ qaldırdı, Türkiyə dövləti həll etdi

Hesab edirik ki, medianın fəaliyyətinə dəstək olmaqla yanaşı müəyyən tənzimləmələrə məsul olan müvafiq qurumlar bu cür məsələlərə, daha dəqiq desək, BAYRAQDAR MEDİA timsalı gerçəkdən iş görən, aktual problemləri diqqətə gətirən və onun həll yollarını da ortaya qoyan media qurumlarına yanaşmada həssaslıq nümayiş etdirməlidirlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.