Press "Enter" to skip to content

Qırğız “Kök-Börü”sü Ümumdünya Köçəri Oyunlarının proqramında

Kök-Börü oyunu

BAYRAQDAR MEDİA – Qırğızıstanın qədim və milli oyunu Kök-Börü beşinci Dünya Köçəri Oyunlarının idman proqramına daxil edilib.

Bu barədə yerli idman federasiyasına istinadən kabar.kg saytı məlumat yayıb.

Qeyd olunur ki, bu yaxınlarda Sadır Caparovla Qasım-Jomart Toqayev arasında Astanada aparılmış danışıqların nəticələrindən sonra məsələ nəhayət həll olunub.

Xatırladaq ki, əvvəllər Oyunların təşkilatçıları rəsmi idman proqramına Kök-Börü və qırğız kuroşunu daxil etməmişdilər.

Onu da qeyd edək ki, 5 beşinci Dünya Köçəri Oyunları sentyabrın 8-dən 14-dək Astanada keçiriləcək.

Dünya Köçəri Oyunlarının idman proqramının əsasını ortaq tarix və mədəniyyət birləşdirən köçəri türk xalqlarının milli oyunları təşkil edir.

Mission News Theme by Compete Themes.