Press "Enter" to skip to content

Bakıda erməni yalanlarından bəhs ediləcək

Konfrans 24-25 aprel tarixlərində keçiriləcək

Son yeniləmə: 24 Aprel 2024 09:14

UNEC-də “Qondarm “erməni soyqırımı: İddialar və faktlar” mövzusunda konfrans keçiriləcək

BAYRAQDAR MEDİA – 24-25 aprel tarixlərində UNEC ve Hacettepe Universitetinin təşkil etdiyi “Qondarma “erməni soyqırımı”: İddialar və faktlar” mövzusunda konfrans keçiriləcək.

Təşkilatçılardan BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, konfransda məqsəd dünya erməniliyinin “erməni soyqırımı” yalanlarını bir daha ifşa etmək, həmin dövrdə baş verənlərə elmi baxımdan yenidən qiymət verməkdir.

Məlumatda deyilir ki, konfransın açılışı və birinci günü iclasları UNEC-in əsas binasında olacaq: “UNEC rektoru Prof. Dr. Ədalət Muradov tərəfindən açıq elan ediləcək konfransın açılış hissəsində Türkiyənin Azərbaycandakı səfiri Dos. Dr. Cahit Bağcı, Milli Məclisin deputatları – Prof. Dr. Anar İsgəndərov və Dr. Nagif Həmzəyev çıxış edəcəklər. Sonra konfrans işini bölmə iclasları ilə davam etdirəcək”.

Məlumata əsasən, konfransın birinci günü birinci və ikinci bölmə, ikinci günü isə üçüncü və dördüncü bölmə iclasları olacaq: “Birinci günün bölmə iclaslarında Milli Məclisin deputatları Prof. Dr. Musa Qasımlı, Dos. Dr. Bəhruz Məhərrəmov və AMEA üzvü Prof. Dr. Solmaz Rüstəmova-Tohidi, TOBB ETÜ rektoru Prof. Dr. Yusuf Sarınay, BDU müəllimi Prof. Dr. Qabil Əliyev, Hacettepe Universitetindən Prof. Dr. Yonca İldeş, Dr. Özlem Pınar Oran və UNEC-in müəllimi Dr. Anar Eyyubov məruzə ilə çıxış edəcəklər”.

Konfrans öz işinə aprelin 25-də üçüncü və dördüncü bölmə iclasları ilə davam edəcək: “UNEC-in ikinci korpusunda keçiriləcək həmin bölmə iclaslarında Türk Dünyası İktisad və İşlətmə Fakültəsinin dekanı Prof. Dr. Mehmet Yüce, AMEA-dan Dr. Fərahilə Babayeva-Şükürova və digər elm adamlarının çıxışları dinləniləcək”.

Məlumatda o da vurğulanır ki, Türk Dünyası İktisad və İşlətmə Fakültəsinin dekanı Prof. Dr. Mehmet Yücenin təşəbbüsü ilə keçiriləcək konfransın əsas təşkilatçıları UNEC və Hacettepe Universitetidir. Bundan başqa Türk Dünyası Araşdırmaları Vəqfi, TÜDİFAK və Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti də konfransın keçirilməsinə dəstək göstərirlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.