Press "Enter" to skip to content

Akademikin biblioqrafik göstəricisi işıq üzü görüb

Akademikin biblioqrafik göstəricisi işıq üzü görüb

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, Prof. Yusif Əmənzadənin biblioqrafik göstəricisi çapdan çıxıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “təqdim olunan vəsait Y.Əmənzadənin 110 illiyinə həsr olunub və alimin ilk biblioqrafik göstəricidir. Nəşrə onun 1958-1982-ci illərdə çap olunmuş elmi əsərləri – kitabları, məqalələri, məruzələri, habelə redaktə etdiyi əsərlər daxil olmaqla 102 mənbə toplanıb”.

Daha sonra xəbərdə, “göstəricinin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktoru fizika riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, Dos. Tamilla Həsənova, tərtibçiləri kitabxananın Biblioqrafiya şöbəsinin əməkdaşları Nərgiz NovruzovaTürkan Vahidovadır” deyə qeyd edilir.

Mission News Theme by Compete Themes.