Press "Enter" to skip to content

AFFA-da səfirlə görüş

AFFA-da səfirlə görüş

BAYRAQDAR MEDİA – Aprelin 22-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Cahangir Fərəcullayev Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AFFA-dan daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “AFFA-nın inzibati binasında keçirilən görüşdə futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanları müzakirə edilib. Səfir 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil ediləcək dünya çempionatı barədə ümumi məlumat verib, azərbaycanlı azarkeşləri mundial zamanı ölkələrində görməkdən məmnun olacaqlarını bildirib”.

Mission News Theme by Compete Themes.