Press "Enter" to skip to content

AFFA rəsmiləri UEFA-nın tədbirində

AFFA rəsmiləri UEFA-nın tədbirində

BAYRAQDAR MEDİA – Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) VAR layihəsi üzrə koordinatoru Fəridə Lütfəliyeva və VAR təlimçisi Kristof Dierik Portuqaliyada UEFA-nın tədbirinə qatılıblar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AFFA-dan daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, ““UEFA VAR simpoziumu” adlı tədbirdə əsas mövzular VAR-ın kommunikasiya sisteminin gələcəyi, gələcəkdə VAR-ın iş prinsiplərində dəyişikliklər, ilkin yaradılma məqsədi, əldə olunan uğurlar, üzləşilən çətinliklər, inkişaf istiqamətləri, oyun zamanı ardıcıl və şəffaf kommunikasiya qurmaqdan ibarətdir”.

Qeyd edək ki, “UEFA VAR simpoziumu” tədbirinə aprelin 24-də yekun vurulacaq.

Mission News Theme by Compete Themes.