Press "Enter" to skip to content

Azərbaycanlı idmançı Macarıstanda çempion olub

Azərbaycanlı idmançı Macarıstanda çempion olub

BAYRAQDAR MEDİA – Budapeştdə Macarıstanın tanınmış güləş məşqçisi İmre Baracsinin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından daxil olub.

Xəbərdə qeyd edilir ki, “ənənəvi yarışda U20 yaş qrupu üzrə millinin bir neçə üzvü iştirak edib. Məşqçi Emin Əhmədovun rəhbərliyi altında Kamran Rəcəbli (72 kq), Cavad Məmmədov (77 kq), Elmin Əliyev (82 kq) və Məzaim Mərdanov (130 kq) Memorialda mübarizə aparıb. U17 Avropa çempionatının bürünc mükafatçısı Elmin Əliyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb”.

Yarış bitdikdən dərhal sonra Azərbaycan güləşçiləri Macarıstan Tata şəhərinə yollanıb. Onlar aprelin 27-dən mayın 2-dək bu şəhərdə bir neçə komandanın iştirakı ilə keçiriləcək təlim-məşq toplanışına qatılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.