Press "Enter" to skip to content

Komanda aşağı liqaya düşdü, azarkeşlər stadionu dağıtdı

Azarkeşlər stadionda iğtişaş törədiblər

BAYRAQDAR MEDİA – Türkiyənin Denizli şəhərində xoşagəlməz olay yaşanıb. Belə ki, Denizlispor TFF 3-cü Liqasından Regional Həvəskarlar Liqasına düşüb. Bu isə azarkeşlərin qəzəbinə səbəb olub.

igdirhaber.net saytı xəbər verir ki, “Denizlispor”un aşağı liqaya düşməsindən sonra azarkeşlər stadionda iğtişaş törədiblər: “Matçın final fiti çalınarkən bir qrup azarkeş sınmış oturacaqları meydançaya atıb, tribunaları yandırıb. Yanmış oturacaqlar yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb. Yanmış oturacaqlara müdaxilə edən yanğınsöndürmə briqadasına əsəbiləşən azarkeşlər sındırdıqları oturacaqlarla yanğınsöndürmə briqadasına hücum edib. Qəzəblərini saxlaya bilməyən azarkeşlər həmçinin Niğde Belediyespor komandasının avtobusuna daş və dəyənəklə hücum edib. Avtobusun şüşələri sındırılaraq hərəkətsiz vəziyyətə düşüb. Hadisəyə polis qrupları müdaxilə edərək sakitləşdirib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.