Press "Enter" to skip to content

Azərbaycanın güləşçiləri Zəfər kubokunda mübarizə aparacaq

Azərbaycanın güləşçiləri Zəfər kubokunda mübarizə aparacaq

BAYRAQDAR MEDİA – Mayın 2-də Türkiyənin Antalya şəhərində güləş üzrə Zəfər kuboku başlayacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından (AGF) daxil olub.

Xəbərdə bildirilir ki, “U17 yaş qrupu üzrə keçiriləcək ənənəvi yarışda qızlardan ibarət Azərbaycan komandası mübarizə aparacaq. Üç gün davam edəcək turnirdə böyük məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun rəhbərliyi altında 9 güləşçi – Günel Quliyeva (40 kq), Nəzrin Əhmədli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova, Xədicəxanım Talıbova (hər ikisi 53 kq), Ülviyyə Musayeva (57 kq), Esra Məmmədli (61 kq), Fidan Babayeva (65 kq) və Milana Bağırzadə (69 kq) uğur qazanmağa çalışacaq”.

Zəfər kubokunda III dərəcəli beynəlxalq hakim Elxan Həmidzadə ədaləti qoruyacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.