BAYRAQDAR MEDİA – Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasına hazırlıqlara başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Azərbaycan komandası baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə mayın 6-da GİN-in Voleybol Mərkəzində ilk məşqinə çıxıb. Bakıda təşkil olunan məşqlərə yığmanın əsas heyət oyunçuları ilə yanaşı, gənclər də cəlb olunublar”.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Gümüş Liqasında ilk oyunlarını iyunun 6-da və 8-də İsveçdə keçirəcək. Azərbaycanın rəqibləri meydan sahibi və Gürcüstan komandası olacaq. İkinci tur 13-15 iyun tarixlərində Bakıda təşkil olunacaq. Azərbaycan komandası doğma meydanda Lüksemburq və Macarıstan yığmaları ilə qarşılaşacaq. 20-22 iyun tarixlərində Farer adalarında təşkil olunacaq son turda isə Azərbaycan millisi ev sahibi ilə yanaşı, Avstriya yığmasına qarşı oynayacaq.
İlk şərhi yaza bilərsiniz