BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) may ayı üçün “Açıq qapı” günləri keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “MEK-lə tanış olan bir qrup tələbə və gənclər öncə Sərgi salonundakı nəşrlərə nəzər salıblar. Burada ilboyu davam edən “100 yaşlı kitabxana”, “AMEA – 80” adlı, eləcə də “Konstitusiya və Suverenlik İli” adlı sərgilər haqqında məlumatlandırılıblar. Bundan əlavə, onlar kitabxananın Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi, Qarabağ müharibəsi qəhrəmanları və Nadir kitablar fondları, Oxu zalları ilə tanış olublar. Kitabsevərlər Akademiklər kitabxanası və xarici ölkələrin diplomatik nümayəndələri tərəfindən MEK-ə təqdim olunmuş nəşrlər əsasında yaradılan Diplomatik fondda da olublar”.
Xatırladaq ki, gənclərdə elmə marağın artırılması baxımından xüsusi əhəmiyyət daşıyan “Açıq qapı” günləri kitabxanada mütəmadi olaraq keçirilir və həmin günlərdə MEK-ə giriş sərbəstdir.
İlk şərhi yaza bilərsiniz