Press "Enter" to skip to content

MEK rəhbərliyi Gəncədə işgüzar səfərdə

MEK rəhbərliyi Gəncədə işgüzar səfərdə

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov və kitabxananın Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev elmi konfranslarda iştirak etmək məqsədilə Gəncəyə işgüzar səfər ediblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd edilir ki, “səfər çərçivəsində MEK-in nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşkilatçılığı ilə keçirilmiş “Müasir Kitabxana 5.0: Universitet Kitabxanalarının Yeni Missiyası” mövzusunda forumda iştirak ediblər. Tədbirdə ölkənin ali təhsil müəssisələrinin kitabxana rəhbərləri və müvafiq qurumların nümayəndələri də təmsil olunublar. Forumda çıxış edən H.Hüseynov tədbir iştirakçılarına AMEA prezidenti, akademik İsa Həbibbəylinin salamlarını çatdıraraq müasir kitabxana konsepsiyalarının aktuallığını vurğulayıb, tədbirin elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib və forum iştirakçılarına uğurlar arzulayıb”

Daha sonra xəbərdə, “tədbirin “Rəqəmsal İnkişaf və Kitabxanalar: Yeni Texnologiyalara İnteqrasiya” mövzusuna həsr olunmuş ikinci panel sessiyasında isə O.Quliyev rəqəmsal mühitə keçid, süni intellektin kitabxana xidmətlərində tətbiqi və istifadəçi yönümlü yanaşmalarla bağlı məruzə ilə çıxış edib” deyə bildirilir.

MEK nümayəndələri səfər çərçivəsində, həmçinin Azərbaycan Texnologiya Universitetində keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Dördüncü sənaye inqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda da iştirak ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.