Press "Enter" to skip to content

Abşeron Milli Parkında veloyürüş

Abşeron Milli Parkında veloyürüş

BAYRAQDAR MEDİA – Abşeron Milli Parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Konstitusiya və Suverenlik İli” çərçivəsində veloyürüş təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “tədbir TƏBİB-in Pirallahı Tibb Mərkəzinin təşkilatçılığı, Abşeron Milli Parkının və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin dəstəyi ilə keçirilib. İki mərhələdə eyni məsafə üzrə keçirilən yürüşə ümumilikdə 100-dən artıq tibb işçisi və könüllü qatılıb. Ulu Öndərin əziz xatirəsinə ehtiram, Azərbaycanın suverenliyinin və vətəndaş həmrəyliyinin təbliği, sağlam həyat tərzinin təşviqi məqsədi daşıyan tədbir iştirakçılar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb”.

Sonda veloyürüş iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub. Tədbir Şahdili turu ilə yekunlaşıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.