Press "Enter" to skip to content

Iğdır BİLSEM-də turnir coşqusu

BAYRAQDAR MEDİA – Iğdır Azer Ishak Yaycılı Elm və İncəsənət Mərkəzi (BİLSEM) ənənəvi türk zəka və strategiya oyunu olan Mangala üzrə turnirə ev sahibliyi edib. Şagirdlər bu əyləncəli tədbirdə həm zehni bacarıqlarını inkişaf etdirib, həm də rəqabət mühitində əylənmək imkanı qazanıblar.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Bildirilib ki, “turnir sonunda Dəstək (ibtidai) qrupunda Umut Argıç, BYF və ÖYG (5, 6 və 7-ci siniflər) kateqoriyasında isə Fatih Karahan birinci yerin sahibi olub. BİLSEM rəhbərliyi turnirin uğurla təşkil olunmasında böyük zəhməti olan riyaziyyat müəllimi Çilen Gülsüm Turan və sinif müəllimi Sara Yalçına təşəkkür edib. Eyni zamanda turnirdə iştirak edən bütün şagirdləri təbrik edərək uğurlar arzulayıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.