Press "Enter" to skip to content

Ölkə çempionatında ilk qaliblər məlum olub

Ölkə çempionatında ilk qaliblər məlum olub

BAYRAQDAR MEDİA – “Şüa” İdman Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “artıq komanda yarışlarında qalib və mükafatçılar məlumdur. Kişilərin mübarizəsi “Bakı-1” komandasının qələbəsi ilə yekunlaşıb. “Bakı-2” ikinci, “Bakı-3” və “Şabran” kollektivləri üçüncü yeri tutub. Qadınların yarışından “Sumqayıt-1” komandası qalib ayrılıb. “Bakı-1” ikinci, “Bakı-2” və “Sumqayıt-2” komandaları üçüncü pillədə qərarlaşıb”.

Çempionatın növbəti günlərində idmançılar şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər. Yarışa mayın 17-də yekun vurulacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.