Press "Enter" to skip to content

MEK-də “Əbdürrəhim bəy Haqverdiyev-155” və “Rəsul Rza–115” adlı sərgi

MEK-də “Əbdürrəhim bəy Haqverdiyev-155” və “Rəsul Rza–115” adlı sərgi

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Əbdürrəhim bəy Haqverdiyevin 155, Xalq şairi Rəsul Rzanın 115 illiyi münasibətilə sərgilər təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, ““Əbdürrəhim bəy Haqverdiyev-155” adlı sərgidə klassik Azərbaycan ədəbiyyatının tanınmış yazıçısı, dramaturqu, pedaqoqu və ədəbiyyatşünası, ictimai-siyasi teatr xadimi Ə.B.Haqverdiyevin yaradıcılığını əks etdirən müxtəlif nəşrlər nümayiş olunur. Buraya müəllifin hekayə və faciə əsərlərini əhatə edən “Seçilmiş əsərləri”, həmçinin “Əbdürrəhim bəy Haqverdiyevin məqalə, məktub və felyetonları”, “Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiya dili”, “Əbdürrəhim bəy Haqverdiyevin arxivinin izahlı təsviri”, “Əbdürrəhim bəy Haqverdiyev arxivindən nümunələr” və digər qiymətli nəşrlər daxildir”.

Sonra xəbərdə, ““Rəsul Rza-115” adlı sərgidə isə XX əsr Azərbaycan poeziyasına yeni ruh və forma gətirmiş, ictimai və milli düşüncənin inkişafında mühüm rol oynamış R.Rzanın yaradıcılığına dair əsərlər təqdim olunur. Burada “Rəsul Rza poeziyası ədəbi tənqiddə”, “Rəsul Rza və müasir Azərbaycan poeziyası”, “Ustad Rəsul Rza”, “Bu dünyadan Rəsul Rza gəlib keçdi”, “Rəsul Rzanın ədəbi tənqidi görüşləri”, “Rəsul Rza. Nigar Rəfibəyli”, “Rəsul Rza xatirələr işığında” və digər seçilmiş əsərlər yer alıb” deyə bildirilir.

Hər iki sərgi iki həftə müddətində MEK-in oxucuları və ziyarətçiləri üçün açıq olacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.