Press "Enter" to skip to content

Azərbaycan gimnastları Fransadan medallarla qayıdıb

Azərbaycan gimnastları Fransadan medallarla qayıdıb

BAYRAQDAR MEDİA – 16-18 may tarixlərində Fransanın Tuluza şəhərində keçirilən aerobika gimnastikası üzrə beynəlxalq turnirdə Azərbaycan milli komandasının üzvləri uğurla çıxış edərək vətənə medallarla qayıdıblar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Gimnastika Federasiyasından daxil olub.

Xəbərdə deyilir ki, “yarışda qarışıq cütlük proqramında çıxış edən Mədinə MustafayevaVladimir Dolmatov 19.800 xal toplayaraq qızıl medal qazanıblar. Böyüklərdən ibarət qrup – Mədinə Mustafayeva, Vladimir Dolmatov, Sara Əlixanlı, Dilarə QurbanovaXədicə Quliyeva 15.118 xalla ikinci yeri tutaraq gümüş medala layiq görülüb”.

Gənclər kateqoriyasında çıxış edən üçlük – Evelina Kozlovskaya, Fidan İbrahimovaLeyla Əhmədova 16.250 xalla bürünc medalın sahibi olub.

Böyüklərdən ibarət üçlük – Dilarə Qurbanova, Leyla BejanovaArzu Ağayeva isə 17.413 xalla turnirin bürünc mükafatçıları sırasında yer alıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.