BAYRAQDAR MEDİA – Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində (EBSL) ilk oyununu keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “B Liqasının A qrupunda yer alan Azərbaycan millisi İngiltərə yığması ilə qarşılaşıb. İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun yetirmələrinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev iki, S.Məmmədov və Bayram Bayramlı hərəyə bir dəfə fərqləniblər, bir qol isə avtoqol kimi qeydə alınıb”.
Qeyd edək ki, Azərbaycan komandası qrupda növbəti oyunlarını mayın 24-də Belçika (13:00), 25-də isə Litva (14:15) seçməsinə qarşı keçirəcək.
İlk şərhi yaza bilərsiniz